logo

Arvadını ov tüfəngi ilə güllələyən hakim həbs edildi

17:47 01-06-2021 | icon 1764
Arvadını ov tüfəngi ilə güllələyən hakim həbs edildi

Xəbər verildiyi kimi, mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, ilkin istintaqla zərərçəkmişin əri Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Fəqan Əhmədov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda hadisənin təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində iş üzrə zəruri və intensiv istintaq hərəkətləri davam etdirilir.