logo

Füzuli şəhəri BMT qeydiyyatılı “Sülh Şəhərləri Başçıları” təşkilatına üzv qəbul olunub

15:55 01-06-2021 | icon 4186
Füzuli şəhəri BMT qeydiyyatılı “Sülh Şəhərləri Başçıları” təşkilatına üzv qəbul olunub

Azərbaycan Respublikasının Füzuli şəhəri 01 iyun 2021-ci il tarixində BMT-də qeydiyyatı olan “Sülh Şəhərləri Başçıları” adlı beynəlxalq qeyri- hökumət təşkilatının üzvlüyünə qəbul olunub.

 YeniAvropa xəbər verir ki, bu barədə Yaponiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. 

Bildirlib ki, Ağdam (2016/10), Qubadlı (2016/10), Cəbrayıl rayonu (2016/10), Xocalı (2016/10), Zəngilan rayonu (2016/10), Şuşa şəhəri (2016/11), Kəlbəcər (2016/11), Xocavənd (2016/11) və Laçın (2016/12) ilə birlikdə Füzuli şəhəri nüvə silahlarsız dünya naminə, daimi qlobal sülhə və insanların rifahına töhfə vermək üçün “Sülh Şəhərləri Başçıları” təşkilatının təşəbbüsünə qoşulan Azərbaycan Respublikasının sayca 10-cu şəhəri olub.

Qeyd edək ki, “Sülh Şəhərləri Başçıları” proqramı 1982-ci ildə Yaponiyanın Hiroşima şəhərinin o zamankı bələdiyyə başçisi Takeşi Araki tərəfindən təsis edilmişdir. Sülh şəhərləri başçılarının məqsədləri üzv şəhərlər arasında sıx həmrəylik yolu ilə nüvə silahlarının tamamilə ləğv edilməsi,  dünya üzrə insanlar arasında narahatçılıq doğuran aclıq və yoxsulluq, qaçqınların vəziyyəti, insan haqları və ətraf mühitin tarazlığının pozulması kimi həyati problemlərin həlli
üçün səy göstərməklə davamlı qlobal sülhə nail olmaqdır.

Bu günə oaln məlumata görə “Sülh Şəhərləri Başçıları” təşkilatının üzvlərinin sayı
dünyanın 165 ölkədə  8031 şəhəri əhatə edir.

fuzuli-rayon-xerite


“Sülh Şəhərləri Başçıları” haqqında daha ətraflı məlumatı http://www.mayorsforpeace.org/english/index.html  -dən almaq mümkündür.