logo

Bayden-Putin zirvə görüşündə İsveçrə hava məkanını qapadacaq

15:10 01-06-2021 | icon 3668
Bayden-Putin zirvə görüşündə İsveçrə hava məkanını qapadacaq

İsveçrə ABŞ-Rusiya sammiti zamanı Cenevrə hava məkanının müşahidəsinə, həmçinin səmanın mülki aviasiya üçün mümkün bağlanmasına hazırlaşır.

YeniAvropa  xarici KİV-lərə istinadla xəbər verir ki, bununla bağlı tədbirləri Müdafiə, əhalinin mülki müdafiəsi və idman departamentinin rəsmi nümayəndəsi Florens Frişknext şərh edib.

“Hava məkanının müşahidəsinə hazırlıq gedir. Hazırda biz daha ətraflı məlumat verə bilmirik. Mümkün tədbirlərə hava məkanının müşahidəsi ilə yanaşı, döyüş təyyarələrinin və hava hücumundan yerüstü müdafiə vasitələrinin yerləşdirilməsi, həmçinin səmanın mülki aviasiya üçün istifadəsinin məhdudlaşdırılması daxildir”, -deyə o, bildirib.

Xatırladaq ki, ABŞ-Rusiya sammiti iyunun 16-da Cenevrə şəhərində keçiriləcək.