“Azercell” 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları üçün sosial layihə keçirib
“Azercell”in dəstəyi ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Kiçik Ürəklərdə Böyük Xatirələr” adlı sosial layihə çərçivəsində 300-dən çox şəhid övladının anası ilə birgə iştirakı ilə onlayn təlimlər keçirilib. 44 günlük Vətən müharibəsində torpaqların azadlığı uğrunda canından keçən cəsur hərbçilərin ailə üzvləri üçün art-terapiya yolu ilə psixoloji təlimlər təşkil olunub. “Arzular ağacı” təlimləri mərhələsində uşaqlara və onların valideynlərinə psixoloji yardım göstərilib. Peşəkar psixoloqlar onlara emosianal problemlərinin öhdəsindən gəlməyə kömək ediblər. “Azercell”in “GİD CSR Consulting” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində baş tutan “Kiçik Ürəklərdə Böyük Xatirələr” layihəsinin növbəti mərhələsi kimi isə təlimlərdə qonaq qismində tanınmış şəxslərin iştirakı nəzərdə tutulub. Onlar öz uğur hekayələrini bölüşməklə, bu yolda üzləşdikləri çətinliklərin öhdəsindən necə gəldikləri barədə danışacaqlar.
YeniAvropa xəbər verir ki,şirkətdən verilən məlumatda qeyd edilib ki, təlimlər zamanı böyük psixoloji stress keçirmiş uşaq və onların valideynlərinin emosional durumu üzə çıxarılıb, onların yaşadıqlarını sənət yolu ilə ifadə etməsinə imkan yaradılıb. Uşaqlar rəsm sənət növündən istifadə edərək hisslərini kağıza köçürüblər. Həm uşaqlar, həm də böyüklər üçün faydalı olan art-terapiya uşaqların daxili dünyasını açmağa, həm də gizli bacarıqlarını üzə çıxarmağa yardımçı olub.
“Kiçik Ürəklərdə Böyük Xatirələr” layihəsi çərçivəsində keçirilən görüşlər zamanı şəhid övladları qəhrəman ataları haqqında xatirələrini də səsləndiriblər. Layihənin yekunu olaraq tezliklə uşaqların qəhrəman ataları haqqında ən gözəl xatirələrindən ibarət kitab həm rəqəmsal, həm də çap formatda hazırlanıb nəşr ediləcək. Kitabın elektron versiyasını “Bookmate” mobil tətbiqindən də oxumaq mümkün olacaq.
Eyni zamanda, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən tədbir çərçivəsində də “Azercell” şirkəti Aprel döyüşləri şəhidlərinin və telekommunikasiya sahəsində çalışmış və II Qarabağ müharibəsində Vətən uğrunda həyatını qurban etmiş şəhidlərin övladlarını təbrik edib, hədiyyələr verib.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir