logo

"AZAL" Bakı-Moskva marşrutu üzrə aviareyslərin sayını artırır

13:53 01-06-2021 | icon 1344
"AZAL" Bakı-Moskva marşrutu üzrə aviareyslərin sayını artırır

Azərbaycanın Milli aviadaşıyıcısının uçuş cədvəlində Bakıdan Moskvaya (“Domodedovo” hava limanı) və əks istiqamətdə xüsusi reyslərin sayı artırılır.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən YeniAvropa-ya bildirilib hər həftə həyata keçirilən iki reysə (çərşənbə və bazar günləri) iyunun 14-dən etibarən bazar ertəsi günləri həyata keçiriləcək daha bir reys əlavə olunacaq.

Qeyd olunan reyslərə biletləri aviaşirkətin “www.azal.az” rəsmi saytından, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə edə bilərsiniz. Daşınmaya mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşa icazəsi olan kateqoriyadan sərnişinlər qəbul ediləcək.

Bakı-Moskva istiqaməti üzrə reyslərin sərnişinləri Rusiya ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə Rusiya Federasiyası ərazisinə giriş qaydaları ilə aviaşirkətin saytında bu keçid “https://www.azal.az/az/information/covid-russia” vasitəsilə tanış ola bilərsiniz.

Həmçinin sərnişinlər koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Azərbaycanda COVID-19 infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilib: https://www.azal.az/az/information/covid-clinics.

Moskva-Bakı istiqaməti üzrə reyslərin sərnişinləri isə Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı ilə bu keçiddən https://www.azal.az/az/information/covid-azerbaijan istifadə etməklə tanış olmaq mümkündür. Bu reys üzrə də sərnişinlər koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kodun olması tövsiyə olunur, həmin kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq. Rusiya klinikalarının siyahısı ilə keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-russia. Tərəfdaş klinikalar şəbəkəsi genişləndikcə siyahıya əlavələr ediləcək.

Sərnişinlər COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.