logo

Paytaxtda gəlinini balta ilə doğrayan qaynatanın məhkəməsi başlayır

12:08 01-06-2021 | icon 581
Paytaxtda gəlinini balta ilə doğrayan qaynatanın məhkəməsi başlayır

Yanvarın 27-də Nəsimi rayonu 4-cü mikrorayon ərazisində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkarlanması faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən, Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Baş Prokurorluğun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, istintaqla İdris Məhərrəmovun onunla eyni ünvanda yaşayan gəlini Banı Məhərrəmovanı küt alətlə baş nahiyəsindən vurmaqla, daha sonra kəsici-deşici alətlə bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirməklə xüsusi amansızlıqla qəsdən öldürməsinə, daha sonra meyiti hissələrə ayırmaqla meyit üzərində təhqiredici hərəkətlər etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

İdris Məhərrəmov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkətlər etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.