logo

"Lider TV”nin fəaliyyəti dayandırıldı, əmlakına inzibatçı təyin edildi

09:57 01-06-2021 | icon 5628
"Lider TV”nin fəaliyyəti dayandırıldı, əmlakına inzibatçı təyin edildi

Bakı Kommersiya Məhkəməsinin qərarı ilə müflis elan edilmiş "Lider TV və Radio-Azərbaycan” MMC-yə əmlak inzibatçısı təyin edilib.

YeniAvropa xəbər verir ki, bu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleqüllə) texniki direktoru Mikayıl Hümmət oğlu Abbasovdur.

Xatırladaq ki,  Milli Televiziya və Radio Şurasının(MTRŞ) qərarı ilə  01 iyun 2021-ci il tarixdən "Lider TV və Radio-Azərbaycan" MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verilməs barədə qərar qəbul edib.
 
Məhkəmənin qərarına görə bağlanmış teleradio şirkətinin "Teleqüllə"yə borclu olub. Odur ki, onun əmlakını da "Teleqüllə"nin rəhbəri satacaq.
 
Kreditorlar suallarla bağlı əmlak inzibatçısına və yaxud "Lider TV və Radio-Azərbaycan”ın yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, ev 83/23 ünvanına müraciət edə bilərlər. Telefon: (12) 497-61-58; 497-88-99.