logo

COVID-19-a qarşı daha 227 nəfər II mərhələdə peyvənd olunub

20:50 31-05-2021 | icon 2051
COVID-19-a qarşı daha 227 nəfər II mərhələdə peyvənd olunub

Mayın 31-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 407 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 180, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 227 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 253 min 216-ya bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 352 min 958, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 900 min 258 nəfərdir.