logo

Azərbaycanda daha 92 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü

20:30 31-05-2021 | icon 2793
Azərbaycanda daha 92 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 462 nəfər müalicə olunaraq sağalıb, 92 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 333 min 956 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 324 min 565 nəfər müalicə olunaraq sağalıb, 4913 nəfər vəfat edib. Aktiv xəstə sayı 4478 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 513 min 989 test aparılıb. Bugünkü test sayı isə 4815-dir.