logo

"Formula-1"ə görə Bakıda bir neçə məktəb distant tədrisə keçdi 

19:30 31-05-2021 | icon 5670
"Formula-1"ə görə Bakıda bir neçə məktəb distant tədrisə keçdi 

“Formula-1” Qran-Prisi ilə əlaqədar Bakıda bir sıra məktəblər distant tədrisə keçib.

 YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, məktəblərin distant tədrisə keçməsi yarışlara görə bir sıra istiqamətlərdə hərəkətin məhdudlaşdırılması ilə əlaqədardır.

Həmin məktəblərin siyahısı aşağıdakı kimidir:

1. Təhsil Nazirliyinin tabeliyindəki 132-134 nömrəli Təhsil Kompleksi;

2. Təhsil Nazirliyinin tabeliyindəki T. İsmayılov adına 6 nömrəli məktəb-lisey;

3. Təhsil Nazirliyinin tabeliyindəki İ.Əfəndiyev adına Elitar gimnaziya;

4. Bakı şəhəri 7 nömrəli tam orta məktəb;

5. Bakı şəhəri 2 nömrəli texniki humanitar lisey;

6. Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziya;

7. Bakı şəhəri 189-190 nömrəli tam orta məktəb;

8. Bakı şəhəri 147 nömrəli Texniki Humanitar lisey;

9. Bakı şəhəri 27 nömrəli tam orta məktəb.

Qeyd edək ki, distant tədris iyunun 8-dək davam edəcək.