logo

“Pegasus” Alanya-Bakı aviareyslərinə başlayır

17:47 31-05-2021 | icon 2835
“Pegasus” Alanya-Bakı aviareyslərinə başlayır

Türkiyənin aşağıbüdcəli aviadaşıyıcısı “Pegasus” iyunun 19-dan Alanya-Bakı-Alanya reyslərinə başlayır.

YeniAvropa şirkətə istinadla xəbər verir ki, uçuşlar həftədə 2 dəfə həyata keçiriləcək.

Qeyd edək ki, həmçinin şirkət iyunun 3-dən Ukraynanın Xerson vilayətinə də reyslər həyata keçirməyi planlaşdırır.