logo

Şəhriyarla Teymur FİDE-nin dünya  reytinqində ilk onluqdadırlar

16:06 31-05-2021 | icon 3836
Şəhriyarla Teymur FİDE-nin dünya  reytinqində ilk onluqdadırlar

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2021-ci il iyunun 1-nə olan reytinq siyahısını açıqlayıb.

YeniAvropa xəbər verir ki, şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mövqeləri dəyişməz qalıb. Ş.Məmmədyarov dünya reytinqində 2770 xalla səkkizinci pilləni tutur. T.Rəcəbov isə 2765 xalla onuncu yerdədir.

Digər şahmatçılarımız Nicat Abbasov və Qədir Hüseynov (2665) 72-73-cü, Rauf Məmmədov (2654) 89-cu pillədədir.

Kişi şahmatçıların reytinq siyahısına norveçli dünya çempionu Maqnus Karlsen (2847) başçılıq edir.

Qadın şahmatçılarımızın reytinqində isə Azərbaycanın üç zəka ustası ilk 100-lükdə qərarlaşıb. Günay Məmmədzadə (2443) 29-cu, Gülnar Məmmədova (2382) 80-ci, Xanım Balacayeva (2376) isə 89-cu yerdədirlər.

Qadın şahmatçılar arasında birinci pillədə çinli Yifan Hou (2658) yer alıb.