logo

Vətən müharibəsində itkin düşən daha 1 hərbçimizin şəhid xəbəri gəldi

15:05 31-05-2021 | icon 1624
Vətən müharibəsində itkin düşən daha 1 hərbçimizin şəhid xəbəri gəldi

Vətən müharibəsində itkin düşmüş daha bir hərbi qulluqçunun meyiti tapılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə  Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, itkin düşmüş daha bir hərbi qulluqçunun – əsgər İmanov Məmmədağa İqab oğlunun meyiti Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlər görülür.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!