logo

“YAŞAT” Fondu tibb xərcləri üçün 4 milyon manat xərcləyib

14:41 31-05-2021 | icon 1946
“YAŞAT” Fondu tibb xərcləri üçün 4 milyon manat xərcləyib

Bu günə kimi “YAŞAT” Fondu tərəfindən tibb xərclərinin qarşılanması istiqaməti üzrə 3 milyon 860 min 833 manat 12 qəpik vəsait xərclənib. Həmin vəsait 872 şəhid ailəsi üzvü və 413 qaziyə sərf olunub.

YeniAvropa xəbər verir ki, bu barədə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov “YAŞAT” xeyriyyə marafonun başa çatması ilə əlaqədar keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, 94 ağır yaralı qazi müalicə məqsədilə Türkiyəyə göndərilib, onlardan 32-si sağalaraq geri qayıdıb. Hazırda qardaş ölkədə 62 ağır yaralı qazinin müalicəsi davam etdirilir. Bu həftə ərzində daha 5 qazinin Türkiyəyə göndərilməsi nəzərdə tutulur.

“YAŞAT” Fondunun həyata keçirdiyi layihələrdən biri məhz 27 sentyabrdan sonra dünyaya gələn şəhid övladları ilə əlaqəlidir. Bu günə kimi 90 yenidoğulmuş şəhid övladı var ki, onlardan 72-nin ilkin xərclərinin qarşılanması üçün anasının hesabına 1000 manat vəsait köçürülüb. 38 yenidoğulmuş şəhid övladının adına isə bankda 5000 manatlıq depozit açılıb”, - deyə E.Hüseynov diqqətə çatdırıb.