logo

Binəqədidə ata 1 yaşlı oğlunu öldürdü

13:57 31-05-2021 | icon 1589
Binəqədidə ata 1 yaşlı oğlunu öldürdü

Mayın 30-da 2020-ci il təvəllüdlü Əliyev Ruzi Vüsal oğlunun yaşadığı evdə ölməsi barədə Binəqədi rayon Prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon Prokurorluğunun YeniAvropa-ya verilən məlumatında bildirilib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

İlkin istintaqla cinayətin zərərçəkmişin atası Əliyev Vüsal Həsən oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Vüsal Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.