logo

"Bakcell" və “ASAN Məktub” növbəti dəfə uşaqların arzularını həyata keçirib

13:43 31-05-2021 | icon 1190
"Bakcell" və “ASAN Məktub” növbəti dəfə uşaqların arzularını həyata keçirib

"Bakcell" və ASAN könüllüləri Tovuz rayonunun bir neçə kəndində yaşayan aztəminatlı və şəhid ailələrdən olan uşaqları “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə təbrik edib.

YeniAvropa xəbər verir ki, ’’ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı çərçivəsində həyata keçirilən təşəbbüsün əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək, cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır.

"www.asanmektub.az" saytına məktub göndərən 20 nəfər uşağa "Bakcell" və “ASAN Məktub” sosial proqramı tərəfindən oyuncaqlar və məktəb ləvazimatları hədiyyə olunub.

Uzunmüddətli tərəfdaşlıq sayəsində "Bakcell" və “ASAN Məktub” bir çox bayramlarda uşaqları sevindirən çoxsaylı layihələr həyata keçirib.

Qeyd edək ki, "Bakcell" şirkəti sosial proqrama həmçinin mobil rabitə dəstəyi göstərir.

"Bakcell" xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqlara dəstək göstərilməsi, onlar üçün bərabər hüquqların vəinklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrdə fəal iştirak edir.

0-1-1-2