logo

Bakıda Azərbaycan-Türkiyə yüksək səviyyəli hərbi dialoq iclası keçiriləcək

12:59 31-05-2021 | icon 1526
Bakıda Azərbaycan-Türkiyə yüksək səviyyəli hərbi dialoq iclası keçiriləcək

İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü yüksək səviyyəli hərbi dialoq iclası işə başlayacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə ediləcək.

Tərəflər hərbi və müdafiə sahəsində inkişaf perspektivlərini və əsas fəaliyyət istiqamətlərini də nəzərdən keçirəcəklər.