logo

Şəmkir sakinlərindən odlu silahlar götürülüb

12:42 31-05-2021 | icon 1631
Şəmkir sakinlərindən odlu silahlar götürülüb

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan YeniAvropa-ya bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunan Əkbər Sadıqovdan istifadəyə yararlı tapança pulemyot, onun komplekt hissəsi hesab edilən sandıqca və atəşə yararlı 150 ədəd 7,62 millimetrlik patron aşkarlanaraq götürülüb.

Davam etdirilən tədbirlər nəticəsində rayonun Dəllər-Cəyir kənd sakini, Elşad Əliyevdən də odlu silah aşkar edilərək götürülüb. Belə ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E.Əliyevin yaşadığı fərdi evə baxış keçirilib və oradan istifadəyə yararlı “Makarov” konstruksiyalı tapança, həmin tapançaya aid daraq, 23 patron və bir bıçaq aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı saxlanılan şəxs odlu silahı bir neçə ay əvvəl qəbiristanlıqdan tapdığını bildirib.

Şəmkir rayon Polis Şöbəsinin, Kür və Zəyəm polis bölmələrinin bu istiqamətdə keçirdikləri digər əməliyyat tədbirləri də uğurla nəticələnib. Belə ki, rayon sakinlərindən müvafiq sənədləri olmayan müxtəlif markalı və çaplı 10 ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktlarla bağlı rayon polis şöbəsinin istintaq bölməsində araşdırmalar davam etdirilir.