logo

Gürcüstan parlamentindəki azərbaycanlı deputatların sayı 3 oldu

12:13 31-05-2021 | icon 1491
Gürcüstan parlamentindəki azərbaycanlı deputatların sayı 3 oldu

Gürcüstanda əsas müxalifəti hesab edilən “Vahid Milli Hərəkat” (VMH) Partiyası parlamentdə təmsil olunacaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə qərar partiyanın Siyasi Şurasının iclasında qəbul edilib.

VMHP-nin parlamentə daxil olmaq barədə qərarından sonra qanunverici orqanda təmsil olunacaq azərbaycanlı deputatların sayı 3-ə çatıb.

Üçüncü deputat VMHP-nin təmsil olunduğu “Güc birlikdədir” birliyinin proporsional siyahısı üzrə mandat əldə edən Abdulla İsmayılovdur.

Qeyd edək ki, Gürcüstanın X çağırış parlamentində daha iki soydaşımız kürsü tutub. Onlar hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasından Marneuli-Qardabani dairəsi üzrə majoritar qaydada seçilən Zaur Darğallı və proporsional siyahı üzrə mandat qazanan Savalan Mirzəyevdir.