logo

Azərbaycan və Türkiyənin Baş Prokurorluğu arasında memorandum imzalandı

11:31 31-05-2021 | icon 1442
Azərbaycan və Türkiyənin Baş Prokurorluğu arasında memorandum imzalandı

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə ölkəmizdə rəsmi səfəri çərçivəsində mayın 31-də Baş Prokurorluqda ikitərəfli görüş keçirilib.

 YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirlib. 

Qeyd edilib ki, görüşdə iki ölkə arasında hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Baş prokurorlar ölkələrimiz arasında beynəlxalq hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədilə anlaşma memorandumu imzalayıb.

Mərasimdə ölkələrimiz arasında beynəlxalq hüquqi əməkdaşlıq, ekstradisiya, prokurorların təlimi və digər əhəmiyyətli sahələrdə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Tədbirdə Baş prokuror Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroruna “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” medalını təqdim edib.

Dövlətlərarası sənədlərin imzalanması mərasimindən sonra Kamran Əliyev və Bəkir Şahinin mətbuat konfransı olub və Baş prokurorlar media nümayəndələrinin suallarını cavablandırıblar.