logo

Sabunçu rayon məhkəməsinin hakimi arvadını güllələdi

09:52 31-05-2021 | icon 9597
Sabunçu rayon məhkəməsinin hakimi arvadını güllələdi

Paytaxtda qətl hadisəsi törədilib.

YeniAvropa xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, Fəqan Rövşən oğlu Əhmədov həyat yoldaşı Pərvanə Əhmədovanı odlu silahla qətlə yetirib.
 
Hazırda faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən F.Əhmədov Bakının Sabunçu rayon məhkəməsinin hakimidir.