logo

"Formula-1"ə görə bu gündən paytaxtda bir sıra yollar bağlanıır

09:21 31-05-2021 | icon 6048
"Formula-1"ə görə bu gündən paytaxtda bir sıra yollar bağlanıır

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi (DYP) "Formula-1 Azərbaycan Qran-Pri"si ilə əlaqədar paytaxtda bağlanacaq və istiqaməti dəyişdiriləcək küçə və prospektlərin adlarını açıqlayıb.

İdarədən YeniAvropa-ya verilən məlumata görə, iyunun 4-6-da keçirilən "Formula-1 Azərbaycan Qran-Pri"si ilə əlaqədar mayın 31-dən iyunun 8-dək paytaxt ərazisində avtomobillərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra küçə və prospektlər bağlanacaq və ya nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək. Belə ki, Formula 1 halqası istiqamətində Kövkəb Səfərəliyeva, Rixard Zorge, Aleksandr Puşkin, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Azərbaycan, Mikayıl Hüseynov, Zərgər Palan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov, Yusif Səfərov adına küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdirilir.

Afiyəddin Cəlilov - Mehdi Mehdizadə küçələrindən Yusif Səfərov küçəsi ilə kəsişmədən hərəkət sağa, Yusif Səfərov küçəsindən sağa yalnız 28 May küçəsinə;

20-ci sahə, Bayıl qəsəbəsi və Bayraq meydanı yanından hərəkət edənlər Bayıl qəsəbəsinin daxili yolları ilə Neftçi Qurban və Xanlar küçəsi istiqaməti üzrə Parlament prospektinə;

Bakı-Salyan-Ələt yolundan isə hərəkət Lökbatan dairəsindən 3-cü kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçməklə;

Bakı-Zığ yolu – Nobel prospekti, eləcə də Hava Limanı – Heydər Əliyev prospektindən mərkəzə doğru hərəkət edənlər Nəcəfqulu Rəfiyev – Babək prospekti, 10-cu Zavod Dairəsindən – Nərimanov rayonu ərazisindən keçərək Fətəli Xan Xoyski küçəsi ilə;

Mehdi Hüseyn küçəsindən Lermontov küçəsinə hərəkətin əksinə və Axundov parkı ərazisi ilə Əhməd Cavad küçəsinin əksinə hərəkət nəzərdə tutulur.

Ü.Hacıbəyov küçəsinin kəsişməsindən Füzuli küçəsinin kəsişməsinədək Səməd Vurğun küçəsindən iki istiqamətli hərəkət müəyyənləşdirilib.

DYP avtomobil sürücülərindən 31 may-8 iyun tarixlərində mərkəz istiqamətində hərəkətlərini məhdudlaşdıraraq ictimai nəqliyyata üstünlük vermələrini xahiş edir.