logo

Azərbaycanda daha 141 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü

16:50 30-05-2021 | icon 7462
Azərbaycanda daha 141 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 486 nəfər müalicə olunaraq sağalıb, 141 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 333 min 864 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 324 min 103 nəfər müalicə olunaraq sağalıb, 4907 nəfər vəfat edib. Aktiv xəstə sayı 4854 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 509 min 174 test aparılıb. Bugünkü test sayı isə 5535-dir.