logo

Xudafərində İran ilə Azərbaycan yeni gömrük-keçid məntəqəsi yaradır

17:47 29-05-2021 | icon 3311
Xudafərində İran ilə Azərbaycan yeni gömrük-keçid məntəqəsi yaradır

İran ilə Azərbaycan arasında yeni gömrük-keçid məntəqəsinin açılması iki qonşu və dost dövlətin iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsinə imkan yaradacaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu sözləri İranın Şərqi Azərbaycan vilayətinin valisi Məhəmmədrza Purməhəmmədi deyib. Təbrizdə jurnalistlərin suallarını cavablandıran vali bildirib ki, yeni gömrük-keçid məntəqəsi Azərbaycanın işğaldan azad olunan ərazisində - Xudafərin körpüsünün yanında açılacaq.

Onun sözlərinə görə, bunun üçün lazım olan tədbirlər artıq həyata keçirilib. Hər iki dövlətin rəsmi şəxsləri yeni gömrük-keçid məntəqəsinin yaradılmasını diqqət mərkəzində saxlayırlar: “Yeni məntəqə xalqların və dövlətlərin maraqlarını əks etdirir. Hər iki dövlətin regionları arasındakı əlaqələrin inkişafı sərhədyanı bölgədə yaşayan əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına xidmət edəcək”.