logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 894 mini ötüb

17:07 29-05-2021 | icon 6398
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 894 mini ötüb

Mayın 29-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 38 min 889 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 min 8, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 4881 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 208 min 74-ə bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 313 min 364, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 894 min 710 nəfərdir.