logo

Azərbaycanda daha 164 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

16:48 29-05-2021 | icon 2401
Azərbaycanda daha 164 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 419 nəfər müalicə olunaraq sağalıb, 164 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 333 min 723 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 323 min 617 nəfər müalicə olunaraq sağalıb, 4903 nəfər vəfat edib. Aktiv xəstə sayı 5203 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 503 min 639 test aparılıb. Bugünkü test sayı isə 7004-dür.