logo

Türkiyənin baş prokuroru Azərbaycana rəsmi səfərə gəlib

16:27 29-05-2021 | icon 2051
Türkiyənin baş prokuroru Azərbaycana rəsmi səfərə gəlib

Türkiyə Respublikası Ali Məhkəməsinin baş prokuroru Bəkir Şahin mayın 29-da Azərbaycanın baş prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən  bildirilib. Qeyd edilib ki, səfər zamanı beynəlxalq və regional səviyyədə mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində aktual problemlərin həlli istiqamətində müzakirələrin aparılması və qarşılıqlı fəaliyyətin gücləndirilməsinə dair ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub.

Səfər barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.