logo

Dünyada koronavirusdan ölənlərin sayı 3 milyon 538 min nəfəri ötüb

13:11 29-05-2021 | icon 3857
Dünyada koronavirusdan ölənlərin sayı 3 milyon 538 min nəfəri ötüb

Dünyada  COVID-19 infeksiyasına yoluxanların sayı 170 milyon nəfəri ötüb.

 YeniAvropa pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, indiyədək dünyada koronavirusa 170 milyon 158 min nəfər yoluxub. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 3 milyon 538 min nəfərə, sağalanların sayı isə 151 milyon 999 min nəfərə çatıb.

ABŞ COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada liderlik edir. Burada 34 milyon 22 min yoluxma halı qeydə alınıb, 608 min 961 nəfər infeksiya səbəbindən həyatını itirib, 27 milyon 767 mindən çox insan isə sağalıb.

Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 27 milyon 729 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 322 min 512 nəfər vəfat edib, sağalanların sayı 25 milyon 178 min nəfərə çatıb.

Yoluxma göstəricisi üzrə üçüncü pillədə Braziliya yer alır. Bu Cənubi Amerika ölkəsində pandemiya dövrü ərzində 16 milyon 392 min nəfər virusa yoluxub, onlardan 459 min 171 nəfəri xəstəliyin qurbanı olub, 14 milyon 811 min nəfər isə sağalıb.

Qeyd edək ki, 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.