logo

Cəlilabadda keçmiş ər qısqanclıq zəminində arvadını öldürdü

12:55 29-05-2021 | icon 5278
Cəlilabadda keçmiş ər qısqanclıq zəminində arvadını öldürdü

Mayın 28-də Cəlilabad rayon sakini Xanaliyeva Rəna Allahqulu qızının qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Cəlilabad rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, istintaqla zərərçəkmişin keçmiş əri Bayramov Cavid Nəriman oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəna Xanaliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Cavid Bayramov şübhəli şəxs qismində istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.