logo

İlham Əliyev İqtisadiyyat Nazirliyinin yeni binasının açılışını etdi

10:29 29-05-2021 | icon 2940
İlham Əliyev İqtisadiyyat Nazirliyinin yeni binasının açılışını etdi
Mayın 29-da İqtisadiyyat Nazirliyinin yeni inzibati binası istifadəyə verilib.
 
 
YeniAvropa xəbər verir ki, prezident İlham Əliyev yeni binanın açılışında iştirak edib.
 
Qeyd edək ki,  İqtisadiyyat Nazirliyi Hökumət Evində yerləşirdi. 
Lakin  Vergilər Nazirliyi və Əmlak Məsələləri üzr Dövlət Komitəsinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsindən sonra bu dövlət qurumunun yeni binaya köçürülməsi məsələsi gündəmə gəlib.
Qurum keçmiş Vergilər Nazirliyinin sifarişi əsasında  Heydər Əliyev prospekti 105 və Müzəffər Nərimanov küçəsinin kəsişməsində Türkiyənin “Tekfen İnşaat” şirkəti tərəfindən inşa edilən yeni binaya köçüb. Binanın təməli sabiq vergilər naziri Fazil Məmmədovun vəzifədə olduğu zamanda atılıb. 33 mərtəbədən ibarət və 169 metr yüksəkliyində olan bina layihənin dəyəri 94 milyon dollar olub. 
 İqtisadiyyat Nazirliyinin yeni binası Bakının əsas simvol layihələrindən biri kimi qeyd olunur.
 
 
0-1-1_1