logo

"Azərsu"nun əməkdaşı iş yerində intihar etdi

15:13 28-05-2021 | icon 9156
"Azərsu"nun əməkdaşı iş yerində intihar etdi

Saatlı rayonunda intihar hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, rayonun Yeni Novruzlu kəndi ərazisində 4 nömrəli Regional Su kanal İdarəsinə aid otaqda həmin idarənin əməkdaşı - 62 yaşlı Rzaxan Alışov intihar edib.

 
Faktla bağlı Saatlı rayon Prokurorluğunda araşdırma aparılır.
 
Qeyd edək ki, 4 nömrəli Regional Su kanal İdarəsi "Azərsu" ASC-nin strukturuna daxildir.