logo

FIFA Əliyar Ağayevi beynəlxalq oyuna baş hakim təyin etdi

14:57 28-05-2021 | icon 3815
FIFA Əliyar Ağayevi beynəlxalq oyuna baş hakim təyin etdi

FIFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb.

YeniAvropa  AFFA-ya istinadla xəbər verir ki, mayın 31-də Antalyada Türkiyə və Qvineya milli komandaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununun baş hakimi Əliyar Ağayev olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.