logo

Sabah metronun “8 Noyabr” stansiyası açılır-Prezident gələcək

17:57 28-05-2021 | icon 3157
Sabah metronun “8 Noyabr” stansiyası açılır-Prezident gələcək

Sabah , mayın 29-da  “Bakı Metropoliteni”nin "Bənövşəyi xətti"ndə yerləşən “8 Noyabr” stansiyasının açılış mərasimi keçiriləcək. 

YeniAvropa xəbər verir ki, ərazidə yaşayan sakinlərin verdiyi məlumata görə, bu gün ərazidə icra strukturları tərəfindən stansiyanın ətrafında abadlıq-təmizlik işləri aparılıb. Eləcə də digər təhlükəsizlik tədbirləri həyata keçirilib. Prezident İlham Əliyevin açılış mərasimində iştirak edəcəyi bildirlir. 

Xatırladaq ki, 2014-cü ildən inşa olunan və  Bakı metrosunun “Bənövşəyi xətti”nin sayca üçüncü stansiyası("Avtovağzal", "Memar Əcəmi-2") olacaq  “8 Noyabr” stansiyası Nəsimi rayonu C.Səlimov küçəsi, 1065 məhəllə (Mərkəzi Hərbi Hospitalın qarşısında) ünvanında iyerləşir. Stansiya 2020-ci ildə Vətən müharibəsində qazandığımız şanlı Zəfər gününün şərəfinə “8 Noyabr” adlandırılıb.

Geniş bir ərazini əhatə edən stansiyada 16 meqavolt amper (MVA) gücündə dizel generator stansiyası da inşa edilib.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, gələcəkdə bu xətt üzrə stansiyaların sayı Xətai rayonu istiqamətində 12-yə çatdırılacaq

0-4