logo

Azərbaycan Ukraynadan 22 seysmik stansiya alıb

14:00 28-05-2021 | icon 1813
Azərbaycan Ukraynadan 22 seysmik stansiya alıb

Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” layihəsi çərçivəsində alınan 22 seysmik stansiya ölkəmizə gətirilib. Hazırda həmin stansiyaların yerlərdə quraşdırılması ilə bağlı sənədləşmə işləri davam edir və yaxın günlərdə onların quraşdırılmasına başlanılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı məlumat verib.

Onun sözlərinə görə, həmin stansiyalardan 12-si Abşeron yarımadasındakı palçıq vulkanlarının ətrafında yerləşdiriləcək: “Artıq onların yerləri seçilib. Bu stansiyalar vasitəsilə RSXM-nin Monitorinq Mərkəzi tərəfindən palçıq vulkanlarının püskürməsi, dinamikası və orada gedən proseslər müşahidə ediləcək. Bu, unikal bir tədqiqat metodudur. Demək olar ki, həmin tədqiqatlar MDB məkanında ilk olaraq Azərbaycanda aparılacaq. Qalan 10 seysmik stansiya isə respublikamızın ayrı-ayrı rayonlarında yerləşdiriləcək və beləliklə RSXM-nin seysmik stansiyalarının sayı 84-ə çatacaq”.