logo

Vətən müharibəsində itkin düşən daha 1 hərbçimizin şəhid xəbəri gəldi

12:59 05-05-2021 | icon 1778
Vətən müharibəsində itkin düşən daha 1 hərbçimizin şəhid xəbəri gəldi

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun itkin düşən daha bir hərbçisinin nəşi tapılıb.

YeniAvropa xəbər verir ki, bu barədə  respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, hərbi qulluqçu - kiçik çavuş Tağıyev Pərviz Hafiz oğlunun meyiti Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində tapılaraq, şəxsiyyəti müəyyən edilib.

Hərbi qulluqçunun nəşinin aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlər görülüb.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər həyata keçirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.