logo

Axşam saatlarından şimal-qərb küləyi tədricən zəifləyəcək

12:33 05-05-2021 | icon 1757
Axşam saatlarından şimal-qərb küləyi tədricən zəifləyəcək

Mayın 5-i gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə olunur. Gün ərzində Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi davam edəcək. Küləyin maksimal sürəti arabir saniyədə 30-35 metrə çatacaq. Axşam saatlarından başlayaraq küləyin tədricən zəifləyəcəyi gözlənilir. Mayın 6-da səhər saatlarında mülayim cənub küləyi ilə əvəzlənəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O, bildirib ki, gün ərzində Azərbaycanın bölgələrində də qeyri-sabit hava, yağıntılı hava şəraiti davam edəcək: “Bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Mayın 6-da səhər saatlarından başlayaraq yağıntının tədricən kəsiləcəyi, gündüz havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır”.