logo

"Space" TV-yə Ülviyyə Mikayılova rəhbərlik edəcək

12:08 05-05-2021 | icon 2436
"Space" TV-yə Ülviyyə Mikayılova rəhbərlik edəcək
"Space" teleradio şirkətinə yeni rəhbər təyin olunub.
 
YeniAvropa xəbər verir ki, bu vəzifəyə Ülviyyə Mikayılova təyinat alıb.
 
Ülviyyə Mikayilova yeni təyinatı barədə məlumatı təsdiq edib.
 
Qeyd edək ki, Ü.Mikayılova 1959-cu ildə anadan olub.
 
O, ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.
 
Xatırladaq ki, 2006-2021-ci illərdə "Space"in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb.