logo

Xəzər dənizində dalğanın hündürlüyü 4,5 metrə çatıb

11:41 05-05-2021 | icon 2359
Xəzər dənizində dalğanın hündürlüyü 4,5 metrə çatıb

Milli Hidrometeorologiya Xidmətinin mayın 5-i saat 11:00-a verdiyi məlumata əsasən, ölkə ərazisində hava şəraiti kəskin dəyişib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, şimal-qərb küləyi əsib, bəzi yerlərdə arabir güclənib. Güclü yağışlar nəticəsində əksər çaylarda sululuq artıb, Əsrik, Əsrikçay Cırdaxan, Kürəkçay, Gəncəçay Alaxançallıdan qısamüddətli sel və daşqın keçib. Şahdağ və Xınalıqda qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 5, Xınalıqda 3 santimetr olub.

Düşən yağıntının miqdarı Yuxarı Qarabağda 5-16, Daşkəsəndə 24, Qazax-Gəncədə 3-14, Naftalanda 21, Böyük Qafqazda 2-16, bəzi yerlərdə 25-40, Mərkəzi Aranda 2-6, Tərtərdə 21 (aylıq normanın 41 faizi), Mingəçevirdə 17 (aylıq normanın 37 faizi), Lənkəran-Astara zonasında 2, Naxçıvan MR-da 1-9 millimetr olub.

Şimal-qərb küləyi əsib, arabir Neftçalada 28, Biləsuvarda 20, Naftalanda 18, Abşeron yarımadasında: Bakı, Maştağa, Qum adasında 28, Pirallahıda 25, Sumqayıtda 24, Çilov adası, Neft Daşlarında 20 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4,5 metrə çatıb.