logo

Xınalıqda qar yağır

09:35 05-05-2021 | icon 3563
Xınalıqda qar yağır

Mayın 5-i gecə saatlarından başlayaraq Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Quba rayon İcra hakimiyyətindən bildirilib. Qeyd edilib ki, Xınalıq kəndində qarın hündürlüyü bir santimetrə çatır.

Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur aşağı düşüb.

Hazırda kəndə qar yağmaqda davam edir.