logo

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycana gəlir

21:54 04-05-2021 | icon 1925
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycana gəlir

Gürcüstanının baş naziri İrakli Qaribaşvili mayın 5-də Azərbaycana rəsmi səfər edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstan hökumət başçısının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində İ.Qaribaşvili Azərbaycanın baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək.

Gürcüstan hökumət başçısının Azərbaycan prezidenti ilə də görüşü nəzərdə tutulub.

Baş nazir İrakli Qaribaşvilini bu səfərdə onun müavini, xarici işlər naziri David Zalkaliani və digər rəsmi şəxslər müşayiət edəcəklər.