logo

İsmayıllıda göldə batan gəncin meyiti tapılıb

21:21 04-05-2021 | icon 1869
İsmayıllıda göldə batan gəncin meyiti tapılıb

İsmayıllı rayonunun Topçu kəndində bədbəxt hadisə baş verib.

YeniAvropa xəbər verir ki, mayın 4-də günün ikinci yarısında rayonun Topçu kənd sakini, 1993-cü il təvəllüdlü Həzi Hamlet oğlu Zərbəliyev dostları ilə kənd ərazisində təsərrüfat işləri üçün salınan süni göldə çimərkən ehtiyatsızlıq üzündən suda batıb. Həzi Zərbəliyevin cəsədi axşam saatlarında hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və ailəsinə təhvil verilib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Həzi Zərbəliyev bir ay öncə ailə həyatı qurmuşdu.