logo

COVİD-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 556 min nəfəri ötüb

17:07 04-05-2021 | icon 3164
COVİD-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 556 min nəfəri ötüb

Mayın 4-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 19 min 286 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 4702, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 14584 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 536 min 328-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 980 min 5, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 556 min 323 nəfərdir.