logo

Universitetin kafedra müdiri COVID-19-dan öldü

15:24 04-05-2021 | icon 1631
Universitetin kafedra müdiri COVID-19-dan öldü
Bakı Mühəndislik Universitetinin Fizika kafedrasının müdiri Baba Qasımov vəfat edib.
 
YeniAvropa xəbər verir ki,  koronavirusa yoluxan B.Qasımov 70 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, B.Qasımov 1951-ci ildə Ağdamda anadan olub. 1969-cu ildə Bakı şəhərinin 174 saylı orta məktəbini bitirərək həmin ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə qəbul olub. 1972-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinə keçib. Həmin universiteti fərqlənmə diplomu ilə bitirib.

1980-ci ildə BDU-da kiçik elmi işçi vəzifəsində işə başlayıb. 1984-cü ildən böyük elmi işçi, 1988-ci ildən aparıcı elmi işçi vəzifələrində çalışıb. 1993-cü ildə BDU-dan Təhsil Nazirliyində Elm İdarəsinin rəis müavini və Analiz və Proqnoz şöbəsinin rəisi vəzifələrində də çalışıb.

2016-cı ildən isə Bakı Mühəndislik Universitetində adıçəkilən kafedraya müdir təyin edilib.