logo

Neft Fondu cari ildə “Şahdəniz”dən  42,3 milyon dollar gəliri əldə edib

14:28 04-05-2021 | icon 4088
Neft Fondu cari ildə “Şahdəniz”dən  42,3 milyon dollar gəliri əldə edib

Yanvar-aprel aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlir 42 milyon 352 min ABŞ dolları olub.

 YeniAvropa xəbər verir ki, bu barədə  ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Xatırladaq ki, 2020-ci ildə Neft Fondunun “Şahdəniz” qazı və kondensatının satışından gəliri 293,9 milyon dollar təşkil edib.