logo

Alimpaşa Məmmədovun oğlunun deyilən Balıq zavodu hərraca çıxarılır

17:29 03-05-2021 | icon 2107
Alimpaşa Məmmədovun oğlunun deyilən Balıq zavodu hərraca çıxarılır

Son günlər bəzi kütləvi informasiya vasitələrində Şəmkir Balıq Zavodunun özəlləşdirildiyi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin açıqlamasında bildirilib.

Qeyd edilib ki, zavodu dövlət xidməti 2018-ci ildən özəlləşdirməyə çıxarsa da, hərrac baş tutmayıb.

Şəmkir rayonunun Dəllər qəsəbəsi və Sarıtəpə kəndinin ərazisində yerləşən müəssisə mayın 25-də keçiriləcək hərraca çıxarılacaq. Müəssisə və hərracda iştirak şərtləri barədə dövlət xidmətinin internet səhifəsinə (https://bit.ly/3e5nW2r) və yaxud Özəlləşdirmə Portalına (https://bit.ly/3xyYfid) daxil olaraq məlumat əldə etmək olar.

Xatırladaq ki, Şəmkir Balıq Zavodunun Şəmkir rayon İcra Hakimiyyətinin bu günlərdə həbs edilmiş başçısı Alimpaşa Məmmədovun oğlu Adil Adilzadəyə məxsus olması iddia edilir.