logo

Neft Fondunun aktivləri ilk 4 ayda  800 milyon dollardan çox azalıb

14:30 03-05-2021 | icon 3073
Neft Fondunun aktivləri ilk 4 ayda  800 milyon dollardan çox azalıb

Aprelin 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2021-ci ilin əvvəlinə nisbətən 1,84 faiz azalaraq 42 milyard 761,3 milyon dollara bərabər olub.

YeniAvropa xəbər verir ki, bu barədə Fondun İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Qeyd edilib ki, büdcə gəlirlərinin büdcə xərclərini üstələməsinə baxmayaraq aktivlərin həcminin azalmasına səbəb qızılın qiymətinin düşməsi və investisiya portfelinin tərkibində yer alan əsas valyutaların məzənnələrinin ABŞ dollarına qarşı zəifləməsi olub.

Xatırladaq ki, cari il yanvarın 1-nə olan məlumata görə ARDNF-in aktivləri 43 milyard 564,3 milyon ABŞ dolları təşkil edib.