logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 541 mini ötüb

19:59 02-05-2021 | icon 3157
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 541 mini ötüb

Azərbaycanda aprelin 11-də daha 11 min 717 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 685, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 8 min 32 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 1 milyon 516 min 923-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 975 min 208, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 541 min 715 nəfərdir.