Vəzifədə olarkan vəfat edən nazirlər
İndiyədək Azərbaycanda 3 nazir vəzifədə olduğu müddətdə xəstəlik səbəbindən dünyasını dəyişib.
YeniAvropa xəbər verir ki, onlar mərhum energetika naziri Natiq Əliyev, müdafiə sənayesi naziri Yavər Camalov və gənclər və idman Naziri Azad Rəhimovdur.
Energetika naziri olmuş Natiq Əliyev 1947-ci ildə Bakıda anadan olub. N.Əliyev 1993–2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, 2005-ci ildə isə sənaye və energetika naziri təyin edilib. 2013-cü ildən energetika naziri vəzifəsində çalışan Natiq Əliyev 9 iyun 2017-ci il tarixində, 69 yaşında Türkiyə müalicə aldığı xəstəxanalardan birində ürək çatışmazlığından vəfat edib.
Müdafiə sənayesi naziri Yavər Camalov 1949-cu ildə Sabirabad rayonunda dünyaya gəlib. Y.Camalov 2006-cı ildə müdafiə sənayesi naziri vəzifəsinə təyin edilib. O, 2018-ci ilədək bu vəzifəni icra edib. Həmin ilin 23 iyununda Yavər Camalov İsraildə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 68 yaşında vəfat edən nazir xərçəng xəstəliyi ilə mübarizə aparırdı.
Gənclər və idman naziri Azad Rəhimov 1964-cü ildə Bakıda anadan olub. O, 2006-cı ildən etibarən gənclər və idman naziri vəzifəsini tuturdu. A.Rəhimov həmçinin Milli Olimpiya Komitəsinin vitse-prezidenti idi. Onun ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat etməsi ötən gün rəsmi şəkildə təsdiqləndi. Qeyd edək ki, 56 yaşında dünyasını dəyişən nazir ağciyər xərçəngindən və qaraciyər serozundan müalicə alırdı.
Azad Rəhimov bu gün II Fəxri Xiyabanda dəfn olunub.
Xatırladaq ki, Azad Rəhimov Azərbaycan SSR Nazirlər Sovetinin sədri(1954-1958) olmuş Sadıq Rəhimovun nəvəsidir. Bir oğlu var. Oğlu Arıf Rəhimov "Formula 1 Azərbaycan Qran Pri"sini rəhbəridir.
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir
Tatarıstan Azərbaycanla birgə müəssisə yaratmaq niyyətindədir
Hacıqabulda dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub
Cüdo hakimimiz Paralimpiya Oyunlarına təyinat alıb
Azərbaycan ilə Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
Avropa İtiifaqı Bakı ilə İrəvanın arasını qızışdırır?-Rusiya XİN-dən açıqlama
Qadın şahmatçılarımız Avropa çempionatına yollanırlar