logo

Şuşadakı abadlıq işləri aparılır-FOTO

17:11 02-05-2021 | icon 2835
Şuşadakı abadlıq işləri aparılır-FOTO

44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərdə bərpa işləri davam edir.

YeniAvropa xəbər verir ki, yenidənqurma işləri Azərbaycanın mədəniyyət paytaxtı, dilbər guşəmiz Şuşada da davam etdirilir.

28 il erməni işğalından sonra 2020-ci il, noyabrın 8-də düşməndən azad edilən Qarabağın Xan şəhəri Şuşanın bir sıra tarixi binaları, yaşayış məntəqələri, abidələr restavrasiya olunur.

Azad Şuşanı əvvəlki görüşünə qaytarmaq, bərpa etmək üçün artıq işlərə başlanılıb.

Tezliklə qədim Şuşaya yenidən həyat qayıdacaq.