Gimnastlarımız Avropa çempionatında 3 medal qazanıblar
Rusiyanın Soçi şəhərində keçirilən batut gimnastikası, ikili minibatut və tamblinq üzrə Avropa mempionatında Azərbaycan yığması 1 gümüş və 2 bürünc medal qazanıb.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, çempionatın ilk medalı gənclər arasında yarışan tamblinqçilərimizdən gəlib. Hüseyn Əsədullayev, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanovdan ibarət komandamız fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Növbəti medal son dünya yaş qrupları yarışlarının gümüş medalçıları Hüseyn Abbasov və Mahsud Mahsudov sinxron cütlüyündən gəlib. Onlar qitə birinciliyində də gümüş medala sahib olublar. Bu yarışda 13-17 yaşlılar arasında çıxış etmiş 13 yaşlı Hüseyn və Maqsud özlərindən daha böyük və təcrübəli gimnastlarla mübarizə apararaq fəxri kürsüdə yer alıblar.
Çempionatın son medalı isə təcrübəli tamlinqçimiz Mixail Malkindən gəlib. Uzun müddətdən bəri irimiqyaslı beynəlxalq yarışlarda zədə səbəbindən iştirak etməyən təmsilçimiz, gərgin idman mübarizəsi şəraitində keçən final mərhələsində bürünc medal qazanmağa nail olub.
Fərdi batut yarışlarında yeganə qadın gimnastımız Selcan Maqsudova da qitə birinciliyinin finalına vəsiqə qazanıb. Həlledici final mərhələsində gimnastımız 6-cı olub. İlk dəfədir ki, Azərbaycanın qadın təmsilçisi Avropa çempionatının böyüklər arasında ən güclü 8 gimnastı arasında mübarizə aparıb.
Bu Avropa çempionatı Azərbaycan gimnastikası üçün “ilk”lərlə tarixə yazılıb. Belə ki, həm tamblinqçilərimizin komanda hesabındakı bürüncü, həm də sinxron cütlüyümüzün layiq görüldüyü gümüş medal gənclər yaş qrupunda gimnastlarımızın Avropa çempionatından ölkəmizə qazandırdığı ilk medallardır. Eləcə də, gimnastımız Selcanın çempionatın finalında iştirakı gimnastikadakı nailiyyətlərimiz sırasında bir ilkdir.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir